ATU-nun rektoru Harvard Universitetinin uşaq psixiatrı ilə görüşüb
Bakı, 14 mart, AZƏRTAC
ABŞ-nin Harvard Universitetinin uşaq psixiatrı, professor Kerim Munir Bakıya səfəri çərçivəsində Azərbaycan Tibb Universitetini (ATU) ziyarət edib.
AZƏRTAC ATU-a istinadla bildirir ki, universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə qonağın Bakıda keçirdiyi təlim proqramı və onun əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Professor Kerim Munir Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində “Tədqiqat təklifləri necə yazılmalıdır” adlı dördgünlük təlim proqramının təşkil olunduğunu qeyd edib. Tədbirdə təlimçi qismində iştirak edən K.Munir uşaq psixiatriyası üzrə tədqiqat təklifləri yazmaq və tədqiqat layihələri ilə bağlı maliyyəni təmin etmək istiqamətində məlumatları bölüşüb.
Professor Gəray Gəraybəyli bu cür tədbirlərin tədqiqat aparmaq və layihə hazırlamaq üzrə bacarıqlarını təkmilləşdirmək istəyən mütəxəssislər üçün çox faydalı olduğunu vurğulayıb.
Qeyd edib ki, burada məqsəd qarşılıqlı təcrübə mübadiləsi olmaqla yanaşı, ölkədə gənc tədqiqatçı və alimlərin yetişdirilməsinə də kömək etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]