AVARÇƏKƏNLƏRİMİZ TƏLİM-MƏŞQ TOPLANIŞINDA İŞTİRAK EDƏCƏKLƏR
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, akademik avarçəkmə, baydarka və kanoe üzrə yığma komandalarımız yanvarın 10-da Mingəçevir şəhərinə növbəti təlim-məşq toplanışına yollanacaqlar.
“Kür” Təlim-Tədris Mərkəzində keçiriləcək hazırlıq prosesinə 3 məşqçi və 27 idmançı qatılacaqdır. 18 və 23 yaşadək akademik avarçəkmə üzrə yığma komandalarımız məşqçilər Aleksandr Barabanov və Samir Məmmədovun rəhbərliyi altında çalışacaqlar.
Baş məşqçi İlham Qafarov isə 4 nəfərdən ibarət baydarka və kanoeçilərimizi çalışdıracaqdır.
Məşqlər yanvarın 31-də yekunlaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]