Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb




Bakı, 4 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə üzrə ölkə çempionatına yekun vurulub.
AKAF-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq yeniyetmə və gənc idmançı çempionluq uğrunda mübarizə aparıb.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinci olmağa çalışıb.
Qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.07.2025 [18:59]
“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb
- 11.07.2025 [18:35]
Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib
- 11.07.2025 [18:19]
“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib
- 11.07.2025 [18:14]
Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub
- 11.07.2025 [17:57]
“Roma” qapıçısı ilə müqavilənin müddətini uzadıb
- 11.07.2025 [16:34]
Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək komandalar məlum olub
- 11.07.2025 [16:20]