İDMAN
Avarçəkmə üzrə Azərbaycan çempionatı start götürüb
Bakı, 3 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə ölkə çempionatına start verilib.
AKAF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparır.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edirlər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayırlar.
Qeyd edək ki, qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak etmək hüququ qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2024 [18:08]
Azərbaycanın yeniyetmə şahmatçısı: Məqsədim milli komandada çıxış etməkdir
- 09.09.2024 [16:22]
Azərbaycanın iki idmançısı V Dünya Köçəri Oyunlarında bürünc medal qazanıb
- 09.09.2024 [16:13]
Amerikalı basketbolçu “Şəki”yə keçib
- 09.09.2024 [16:12]
“Qarabağ” fransalı hücumçu ilə yollarını ayırıb
- 09.09.2024 [15:57]
Rusiyalı voleybolçu Azərbaycan klubuna keçib
- 09.09.2024 [15:53]