AVARÇƏKMƏYƏ MARAQ GÖSTƏRƏN ŞAGİRDLƏRLƏ GÖRÜŞ KEÇİRİLƏCƏK
Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) ölkəmizdə avarçəkmə növlərinin təbliği məqsədi ilə aprelin 29-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Yasamal və Səbail rayonlarının orta məktəblərinin 100-dək şagirdi ilə görüş keçirəcəkdir.
AMAF-dan AZƏRTAC-a bildirmişlər ki, Hərbi Dəniz Qüvvələrinin İdman Klubu nəzdində yaradılan avarçəkmə bazasında keçiriləcək görüş zamanı bu idman növünün tarixi haqqında məlumat veriləcəkdir. Akademik avarçəkmə, baydarka və kanoe qayıqlarında avarçəkmə üzrə yığma komandaların üzvləri xüsusi trenajor və qayıqlarda nümunəvi çıxışlar edəcək, məşqçilər heyəti isə qayıqlar və onların növləri haqda məlumat verəcəklər. Sonda avarçəkmə bölmələrinə yazılmaq istəyənlərin qeydiyyatı aparılacaqdır.
Məktəblilərlə görüşə Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da qatılacaqlar.
Tədbirin təşkilinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə yanaşı, Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi yaxından dəstək verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]