AVRO-2024: Bu gün seçmə mərhələdə VI tura yekun vurulacaq
Bakı, 12 sentyabr, AZƏRTAC
Bu gün AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, turun son oyun günündə doqquz qarşılaşma keçiriləcək.
A qrupunda İspaniya millisi Kipri, Norveç yığması Gürcüstanı qəbul edəcək.
C qrupunda İtaliya Ukrayna ilə, Malta Şimali Makedoniya ilə qarşılaşacaq.
Azərbaycan millisinin yer aldığı F qrupunda da iki görüş baş tutacaq. Lider Belçika evdə Estoniyanı, İsveç isə Avstriyanı sınağa çəkəcək.
İ qrupunda isə üç oyun keçiriləcək. İsrail Belarusla, Rumıniya Kosovo ilə, İsveçrə isə Andorra ilə münasibətlərinə aydınlıq gətirəcək.
AVRO-2024, seçmə mərhələ
VI tur
12 sentyabr
A qrupu
22:45. İspaniya - Kipr
22:45. Norveç - Gürcüstan
Xal durumu: Şotlandiya - 15 xal (5 oyun), İspaniya - 6 (3), Norveç - 4 (4), Gürcüstan - 4 (4), Kipr - 0 (4)
C qrupu
22:45. İtaliya - Ukrayna
22:45. Malta - Şimali Makedoniya
Xal durumu: İngiltərə - 13 (5), Ukrayna - 7 (4), İtaliya - 4 (3), Şimali Makedoniya - 4 (4), Malta - 0 (4)
F qrupu
22:45. Belçika - Estoniya
22:45. İsveç - Avstriya
Xal durumu: Belçika - 10 (4), Avstriya - 10 (4), İsveç - 6 (4), Estoniya - 1 (4), Azərbaycan - 1 (4)
İ qrupu
22:45. İsrail - Belarus
22:45. Rumıniya - Kosovo
22:45. İsveçrə - Andorra
Xal durumu: İsveçrə - 11 (5), Rumıniya - 9 (5), İsrail - 8 (5), Belarus - 4 (5), Kosovo - 4 (5), Andorra - 2 (5)