AVROPA AZƏRBAYCANLILARI KONQRESİ XARİCİ İŞ ADAMLARINI AZƏRBAYCAN İQTİSADİYYATINA SƏRMAYƏ QOYMAĞA SÖVQ EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan Respublikasının Avropada daha yaxşı tanıdılması, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin nəticələri barədə avropalı iş adamlarının daha dolğun məlumatlandırılması və onların ölkəmizə sərmayə qoymağa təşviq edilməsi ilə bağlı tədbirlər planı hazırlamışdır.
AAK-ın prezidenti Natiq Ağamirov demişdir ki, tədbirlər planına Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın iqtisadi inkişaf potensialı və təbii resursları ilə bağlı simpoziumun və Avropadakı azərbaycanlı iş adamlarının forumunun təşkili də daxildir.
Tədbirlər planında nəzərdə tutulmuş iqtisadi layihələrin həyata keçirilməsinə İqtisadi İnkişaf Nazirliyi də yaxından kömək göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]