AVROPA BİRLİYİ İRAQA 160 MİLYON AVRO AYIRACAQ
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, 2004-cü ildə Avropa Birliyi İraqın bərpasına 160 milyon avro ayıracaqdır. Bu məbləğin 90 milyonu səhiyyə və təhsil sistemlərinin, habelə ərzaq sektorunun dəstəklənməsinə və ölkə əhalisinin içməli su ilə təmin edilməsinə yönəldiləcəkdir. 60 milyon avro yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluqla mübarizəyə, qalan 10 milyon avro isə seçkilərin təşkilinə, hüquq mühafizə orqanlarının və kütləvi informasiya vasitələrinin fəaliyyətinin dəstəklənməsinə xərclənəcəkdir.
Xatırladaq ki, 2003-cü ildə AB İraqın bərpası işlərinə 42 milyon avro ayırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]