AVROPA BİRLİYİNİN 6-CI ÇƏRÇİVƏ PROQRAMININ MİLLİ İNFORMASİYA DAYAQ MƏNTƏQƏSİ SEMİNAR KEÇİRMİŞDİR
Tədbiri 6 ÇP MİDM-in direktoru, fizika-riyaziyyat elmləri doktoru S.Azakov açaraq, seminarın əsas məqsədi, 6-cı Çərçivə Proqramı və MDB-dən olan Alimlərlə Əməkdaşlığa Beynəlxalq Yardım Assosiasiyası (İNTAS) çərçivəsində keçirilən müsabiqələrin mövzuları və şərtləri haqqında məlumat vermişdir.
Seminarda “İnformasiya cəmiyyəti texnologiyaları: Azərbaycan alimləri üçün imkan və perspektivlər”, “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Avropa Birliyinin proqram layihəsində Bakı Elmi-Tədris Mərkəzinin (BETM) iştirakı”, “İNTAS 2004 - Tematik müsabiqələr, Birgə müsabiqələr və Gənc alimlər üçün müsabiqə” və “Tərəfdaş axtarışı, əməkdaşlığın qurulması” mövzularında məruzələr dinlənilmişdir. Sonra BETM-in fəaliyyəti və onun regional mərkəzləri, İnformasiya Cəmiyyəti Texnologiyaları istiqamətində 4 Avropa proqramında BETM-in iştirakı barədə danışılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]