Avropa çempionatı: Şahmatçımız Abdulla Qədimbəyli üstünlüyü əldən verib
Bakı, 6 aprel, AZƏRTAC
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında 10-cu turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, liderlər qrupunda mübarizə aparan Abdulla Qədimbəyli 10-cu turda məğlub olmaqla üstünlüyü əldən verib. Son tur ərəfəsində 1 xal itirən şahmatçımız ikinci yerdən 6-cı sıraya düşüb. Aktivində 7 xal olan şahmatçımız komanda yoldaşları Misrətdin İsgəndərov, Qədir Hüseynov və Vasif Durarbəyli ilə birgə 6-25-ci yerləri bölüşür.
Yarış cədvəlinə 8 xalla almaniyalı Matias Blubaum başçılıq edir.
İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]