Avropa çempionatı: Veteran cüdoçularımız kişilərin komanda yarışını üçüncü yerdə başa vurublar
Bakı, 6 iyun, AZƏRTAC
Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatının komanda yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, veteran cüdoçularımız kişilərin komanda yarışını üçüncü yerdə başa vurublar. Qitə çempionatın komanda yarışlarına Azərbaycan təmsilçiləri 30-39 yaş qrupu üzrə qatılıblar.
Xatırladaq ki, fərdi yarışlarda Azərbaycan komandası 9 qızıl, 5 gümüş və 5 bürünc medalla ümumi hesabda birinci yeri tutub.