Avropa çempionatına hazırlaşan Azərbaycan millisinin voleybolçuları ilə görüş olub
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa çempionatına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət milli komanda ilə görüşüb.
AVF-dən AZƏRTAC-a verilən məlumata görə, GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə federasiya rəhbərliyi ilk olaraq komandanın məşqini izləyib. Məşqdən sonra yığmanın üzvləri və məşqçilər heyəti ilə söhbət edən federasiya prezidenti Şahin Bağırov komandanın hazırkı vəziyyəti ilə maraqlanıb, voleybolçulara yarışda uğurlar arzulayıb. Bakıda Avropa çempionatının ilk dəfə 2017-ci ildə keçirildiyini və həmin yarışda millimizin uğurlu nəticə qazandığını xatırladan Ş.Bağırov komandanın bu dəfə də doğma meydanda qrup mərhələsini adlayıb pley-offa yüksələcəyinə inamını ifadə edib. O, Faiq Qarayevin rəhbərliyi ilə voleybolçuların mərhələ keçmək üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu vurğulayıb, onlara uğurlar arzulayıb.
Daha sonra AVF rəhbərliyinə məşq prosesinin növbəti mərhələsi, həmçinin keçirəcəyi yoxlama qarşılaşmaları haqqında ətraflı məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]