Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb
Bakı, 26 sentyabr, AZƏRTAC
UEFA 2025-ci, 2026-cı, 2027-ci illərdə yeniyetmə və gənclər arasında keçiriləcək Avropa çempionatlarının final mərhələlərinə ev sahibliyi edəcək ölkələri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
17 yaşadək qızlar arasında Avropa çempionatı 2026-cı ildə Şimali İrlandiyada, bir il sonra Finlandiyada təşkil olunacaq.
Eyni yaş kateqoriyasına aid oğlanlar arasında qitə birinciliyinə isə 2025-ci ildə Albaniya, 2026-cı ildə Estoniya, 2027-ci ildə isə Latviya ev sahibliyi edəcək.
19 yaşadək qızlar arasında Avropa çempionatının final mərhələsi 2026-cı ildə Bosniya və Herseqovinada, 2027-ci ildə Macarıstanda keçiriləcək.
Bu yaş kateqoriyası üzrə oğlanlar arasında qitə çempionatı isə 2026-cı ildə Uelsdə, 2027-ci ildə İsraildə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]