“AVROPA EVİ”NDƏ AÇIQ QAPI GÜNÜ KEÇİRİLMİŞDİR
Beynəlxalq Avropa gününə həsr olunmuş tədbiri “Avropa Evi”nin əlaqələndiricisi xanım Yanni Boşer açmışdır. O, Avropa Birliyi layihələrinin ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayaraq xatırlatmışdır ki, son illər bu təşkilatın Azərbaycana təmənnasız yardımının həcmi 369 milyon avronu ötmüşdür. Y.Boşer demişdir:“Avropa Evi”nin əsas məqsədi Avropa Birliyi proqramlarının planlaşdırılması və texniki cəhətdən dəstəklənməsidir. Biz Azərbaycanda həyata keçirilən layihələrin sayını artırmaq niyyətindəyik”.
Tədbir zamanı TASİS, ECNO, FEOGA və FSP proqramları layihələrinə xüsusi diqqət yetirilmişdir. Onların nümayəndələri gerçəkləşdirilən layihələr və gələcək planlar barədə danışmışlar.
Sonda Avropa Birliyi layihələrinin rəhbərləri jurnalistlərin suallarına cavab vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO
- 30.09.2026 [19:05]