AVROPA İTTİFAQININ İQAMƏTGAHI QARŞISINDA MİTİNQ KEÇİRİLMİŞDİR
Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, bu qurumda təmsil olunan İraq Türkmənləri Federasiyasının, İraq Türkmən cəbhəsinin Almaniya şöbəsinin və İsveç Türkmən İnsan Hüquqları təşkilatının birgə təşəbbüsü ilə Avropa İttifaqının Brüsseldəki iqamətgahı qarşısında mitinq keçirilmişdir. 200-dən artıq adamın iştirak etdiyi mitinqdə çıxış edənlər İraqda turkmənlərin hüquqlarınn pozulduğunu, onların soyqırıma məruz qaldıqlarını bildirmiş, müxtəlif şüarlar səsləndirmişlər.
Mitinq iştirakçılarından 6 nəfəri Avropa Parlamenti tərəfindən qəbul edilmişdir. Onlar İraq türkmənlərinin ağır vəziyyəti ilə bağlı etiraz məktubunu parlamentə təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]