AVROPA PARLAMENTİNİN SƏDRİ: TÜRKİYƏ KİPR RESPUBLİKASINI TANIMALIDIR
Kipr probleminin nizama salınmasına dair danışıqların iştirakçısı kimi, Türkiyə elə bu danışıqlar prosesində iştirak edən əks tərəfi tanımalıdır. AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, bunu Avropa Parlamentinin sədri Xosep Borrel Türkiyə Böyük Millət Məclisində keçirilən mətbuat konfransında bəyan etmişdir.
X.Borrel demişdir ki, Avropa Birliyi ilə danışıqlar aparan ölkə danışıqların digər iştirakçısını tanımağa borcludur. Bu isə, nəticə etibarilə Kiprin tanınması demək olacaqdır.
Avropa Parlamentinin sədri xatırlatmışdır ki, Avropa Komissiyası üzvlərinin indi işləyib hazırladıqları 17 dekabr Zirvə toplantısı qərarının layihəsində məhz belə müddəa var.
Beləliklə, Xosep Borrel Avropa Birliyinin mövqeyini təsdiqləyərək bildirmişdir ki, Ankaranın Kipr Respublikasını rəsmən tanıması Türkiyənin Avropa Birliyinin sıralarına qoşulmasına dair danışıqlara başlanmasının vacib şərtidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]