Avropa Qran-pri yarışlarının trekinə daxil olan küçələrdə təmir-tikinti işləri davam edir
Bakı, 14 dekabr, AZƏRTAC
“Formula-1” üzrə Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” (Baku City Circuit) gələn ilin iyununda keçiriləcək bu mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrində təmir-tikinti işləri həyata keçirilir.
“Bakı Şəhər Halqası” şirkətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 14-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyli küçəsi ilə kəsişməsindən Azadlıq meydanına qədər olan yol asfalt örtüyünün təmiri üçün bir həftə müddətinə bağlanıb. Lakin Hökumət evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.
Bundan əlavə, Zərifə Əliyeva küçəsinin Bülbül prospekti və Səməd Vurğun küçəsi ilə kəsişmələri arasında yol qismən təmirdədir. Lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.
Yarışdan əvvəl salınacaq və “Formula-1” standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]