Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa siyasətində deqradasiya meyilləri

Avropa siyasətində deqradasiya meyilləri

Bakı, 18 dekabr, AZƏRTAC

Keçən əsr ərzində Qərb dünyasının siyasi həyatında yüksələn xətlə inkişaf edən liberal-demokratiya əsrin 2-ci yarısında öz inkişafının pik həddinə çatmışdı. Liberal -demokratiya təmsilçiləri onilliklər ərzində insan haqları, demokratiya, beynəlxalq hüquq kimi dəyərlərin beynəlxalq siyasətdə aparıcı tendensiyaya çevrilməsinə çalışdı və II Dünya müharibəsindən sonra dünyanın böyük bir hissəsində buna nail oldu. Dünya siyasəti qətiyyətlə öz inkişafının yeni mərhələsinə - qloballaşma mərhələsinə adladı. Qloballaşma proseslərində, ilk növbədə, inkişaf etmiş ölkələr arasında daha çox mənfəət əldə etmək uğrunda qızışan mübarizə o qədər amansız oldu ki, Qərb cəmiyyətlərində oturuşmuş dəyərləri də alt-üst etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib: “Yeni əsrin əvvəllərindən etibarən, xüsusilə son 20 ildə bu dəyərlər beynəlxalq siyasət meydanından geri çəkilməyə başladı. Liberallıq şüarları ilə hakimiyyətə gələn yeni nəsil Avropa siyasətçiləri demokratiyanı və beynəlxalq hüququn əsas prinsiplərini siyasi alver predmetinə çevirməklə liberal-demokratiya ənənələrini deqradasiyaya uğratdılar. İnkişaf etmiş cəmiyyətlərdə geri çəkilən dəyərlərin yerini ultra-sağçı liberal-populizm tutmağa başladı. Liberallıq hər bir siyasi qüvvəyə siyasi həyatda iştirak etmək fürsəti yaratdığı halda populizm siyasi hakimiyyətə nail olmaq yollarında bütün vasitələri, o cümlədən millətçilik, şovinizm, irqçilik, ksenofobiya və islamofobiya şüarlarını da məqbul hesab edir. Məhz bu dalğada bir çox Avropa ölkələrində adi seçicilərin siyasətin alt qatlarında nələr baş verdiyini hələ dərk edə bilmədiyi bir şəraitdə “milli azlıq” anlayışı “cinsi azlıq”, “milli müstəqillik” anlayışı isə “destruktiv millətçilik” anlayışı ilə əvəzləndi. Beləcə, ultra-sağçı adlandırılan qatı millətçilik, şovinizm, ultra-xristian ekstremizmi, separatizm, irqçilik və hətta faşizm cərəyanlarının çoxsaylı nümayəndələri Avropa ölkələrinin parlamentlərinə ayaq açdı. Fransada millətçi Marin Lö Pen tərəfdarlarının parlamentin hər iki palatasında əhəmiyyətli yer alması və nəticədə siyasət meydanına yenicə girmiş makronçuların gözlənilmədən dövlət hakimiyyətinə yiyələnməsi, Belçikada multikulturalizm dəyərlərini qətiyyətlə rədd edən, miqrantlara qarşı irqçilik nümayiş etdirən və İslam dünyasına qarşı xüsusi düşmən münasibətilə seçilən, separatizmi dəstəkləyən “Yeni Flamand Alyansı”, “Flamand marağı” və “Milli Demokratiya” partiyalarının parlamentdə təmsil olunması, Niderlandda qatı millətçi-ekstremist Gert Vildersin rəhbərlik etdiyi, “milli müstəsnalıq” ideyasını dəstəkləyən, İslam mədəniyyətini tanımaqdan imtina edən və Türkiyənin Avropa İttifaqına qəbul olunmasına qəti etiraz edən “Azadlıq Partiyası”nın parlamentdə təsir gücünə sahib olması məhz bu deqradasiyanın əyani nəticələridir.

Təəssüf ki, biz istəməsək də bütün bunların bizim bölgəmizlə də birbaşa əlaqəsi var. Bu əlaqə II Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbədən sonra daha aydın görünməkdədir. Fransa, Belçika və Niderland kimi ölkələrin parlamentlərində beynəlxalq hüquq prinsiplərinə məhəl qoymadan Azərbaycana və Türkiyəyə qarşı qərəzli qətnamələrin müzakirəyə çıxarılması və qəbul olunması Avropa ekstremistlərinin Cənubi Qafqazdakı ideya tərəfdaşları olan ermənilərə birbaşa dəstəyi kimi başa düşülməlidir. Cənubi Qafqazdan ən azı 2-3 min km uzaqda yerləşən Avropa ölkələrindən Ermənistana belə bir siyasi dəstəyin göstərilməsinin iki səbəbi var:

1) Avropa ultra-sağçı qüvvələri bölgəmizdəki öz ideya həmfikirlərinə siyasi dəstək verməklə öz zərərli ideyalarının təsir dairəsini genişləndirirlər.

Bu qüvvələri Ermənistandakı siyasi partiyalarla irqçilik, türkofobiya və islamofobiya dəyərləri birləşdirir. 100 ildən artıq uydurma soyqırımı iddiası ilə bütün dünyanı dolaşan ermənilər Türkiyədən qisas almaq üçün dəridən-qabıqdan çıxan Avropa ultra- sağçıları üçün sadəcə ilham mənbəyidir. Əslində onların öz parlamentlərində qəbul etdiyi qətnamələrin erməni xalqına fayda və ya ziyan verəcəyi onları o qədər də maraqlandırmır. Onları bölgəmizə cəlb edən amil Ermənistan siyasi dairələrinin onlarla eyni dəyərləri - irqçiliyi, millətçiliyi və faşizmi bölüşməsidir.

2) Siyasi korrupsiya - erməni lobbisinin maliyyə dəstəyi.

XXI əsrin əvvəllərindən etibarən beynəlxalq siyasətdə ön plana çıxmaqda olan ultra-sağçı populizm Avropa ölkələrində siyasi korrupsiyanın geniş yayılması ilə eyni vaxta təsadüf edir. Bu haqda beynəlxalq mediada kifayət qədər faktlar öz əksini tapır. Məsələn, məşhur “Ərəb baharı” ərəfəsində keçmiş Fransa prezidenti N. Sarkozinin siyasi dəstək müqabilində Liviya diktatoru M. Qəddafidən 30 milyon avro rüşvət alması və həmin vəsaitin prezident seçkiləri kampaniyasında qeyri-qanuni olaraq istifadə olunması haqqında ittihamlar səslənmişdi. Bir neçə həftə öncə Fransa prokurorluğu bu ittihamın əsaslı olduğunu bildirərək N. Sarkoziyə 4 il həbs cəzası verilməsini tələb edib. İndiki Fransa prezidenti Makronun BMT tərəfindən Liviyada yeganə legitim hakimiyyət orqanı kimi tanınmış Milli Razılıq Hökumətini dəstəkləmək əvəzinə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq qanuni hakimiyyətə qarşı qiyam qaldırmış “feld-marşal” Həftarı tanıması və onu Yelisey sarayında rəsmi qəbul etməsi də təəccüb və sual doğurmaya bilməz.

Avropa siyasətində geniş yayılmış korrupsiya halları Avropada qəbul olunmuş “Lobbiçilik haqqında qanun”la pərdələnir. Beynəlxalq qanunlara uyğun gəlməyən istənilən addımı lobbiçilik fəaliyyəti adı altında gizlətmək, lobbi təşkilatlarının maraqlarını öz ölkələrinin media orqanlarında işıqlandırmaq və hətta qanunvericilik orqanlarının müzakirəsinə çıxarmaq, bununla da ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə edərək sabitliyi və təhlükəsizliyi pozmaq bir çox Avropa siyasətçilərinin əsas fəaliyyət növünə çevrilib. Son 100 il ərzində Avropa ölkələrində və ABŞ-da dərin kök salmış erməni lobbi təşkilatlarının dəstəyi ilə işğal altında olan torpaqlarımıza qeyri-qanuni səfərlər edən, separatçılığa və Qarabağ ərazisində yaradılmış cinayətkar rejimə beynəlxalq tanınma görüntüsü verməyə çalışan Avropa siyasətçiləri məhz həmin korrupsionerlərdir. Almaniya, Fransa, İngiltərə, İsveç, Norveç, Niderland kimi ölkələrdən bölgəmizin tarixi və burada baş vermiş hadisələrin mahiyyəti barədə heç bir təsəvvürü olmayan bir sıra populist siyasətçilərin erməni işğalına haqq qazandırmaq cəhdləri məhz erməni lobbi təşkilatları tərəfindən onlara təklif olunan irihəcmli rüşvətdən vaz keçə bilməməyin göstəricisidir. Bu gün bir sıra Avropa ölkələrinin parlamentlərində Azərbaycana və Türkiyəyə qarşı qərəzli qətnamə layihələrinin müzakirəyə çıxarılması da erməni lobbisinin maliyyə dəstəyi ilə baş verir. Avropa siyasətində azadlıq, ədalət, beynəlxalq hüquq qaydaları kimi dəyərlər artıq alınıb-satılan əmtəəyə çevrilməkdədir.

“Avropa dəyərləri” termini ilə spekulyasiya artıq bu kimi halları ört-basdır etməkdə gücsüzdür. XXI əsrin başlanğıcında qloballaşmanın ən mütərəqqi siyasi hadisəsi kimi qəbul olunan Avropa Birliyi bu gün beynəlxalq siyasətdə sülhə və sabitliyə təhlükə kimi görünməkdədir. Son 20 ildə bəzi Yaxın Şərq ölkələrində (İraq, Suriya, Liviya və s.), bir sıra Afrika ölkələrində ( Mali, Sudan, Somali, Nigeriya və s.) və eləcə də bəzi post-sovet ölkələrində (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus) Avropa siyasətinin müdaxiləsi bölgə problemlərinin həllinə yox, daha çox həmin ölkələrin xalqlarının daha ağır duruma düşməsinə səbəb oldu. Nəticədə Avropa dəyərlərinə və o dəyərləri təbliğ edən dövlətlərin ədalətinə inam getdikcə azalmaqdadır.

Bu şəraitdə milli dövlətlərin qarşılaşdığı siyasi problemlərin həllində artıq beynəlxalq siyasətin avanqardı sayılan beynəlxalq güc mərkəzlərinə yox, öz xalqlarının milli birliyinə və iradəsinə əsaslanmağı daha doğru yanaşma kimi görünür. 30 il ərzində beynəlxalq güc mərkəzlərinin bölgəmizdəki işğal faktını aradan qaldıra bilməməsi və bu işğala Azərbaycan xalqının özü tərəfindən 44 gün ərzində son qoyulması bu yanaşmanın doğru olduğunu göstərən tarixi faktdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Daşkənd-Ankara xətti Avrasiyada yeni geosiyasi tarazlığın əsas dayaqlarından birinə çevrilir ŞƏRH

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Azərbaycan-Özbəkistan münasibətləri regional strateji maraqların vəhdətinə əsaslanır ŞƏRH

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub

Azərbaycan-Özbəkistan münasibətləri dövlətlərarası əməkdaşlıqdan ortaq inkişaf modelinə yüksəlir - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

Avropa çempionatı: Belçikanın voleybol millisi Rumıniyanı məğlub edib

Daşkəndlə tərəfdaşlıq Azərbaycanın digər regional bazarlarla əlaqələrində əlavə imkan yaradır ŞƏRH

Şirin Məlikova: Milli İncəsənət Muzeyinin Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirakı bizim üçün xüsusi əhəmiyyət kəsb edən hadisə oldu

Bir il əvvəl qonaq kimi getdi, indi tələbə kimi qayıdır - Amal Mirzəyevin hekayəsi

Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya

Azərbaycan-Özbəkistan aqrar əməkdaşlığında yeni imkanlar yaranır – ŞƏRH

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

Mərkəzi Bank rəsmisi Daşkənddə süni intellektin maliyyə sektoruna təsirindən danışıb

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir

Bakıda keçiriləcək beynəlxalq güləş yarışları üçün Azərbaycan yığmalarının heyəti açıqlanıb

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK

Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb

“Sabah”ın oyunu ilə əlaqədar stadionun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq

Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Britaniyanın dənizçilik şirkəti Azərbaycanda birgə müəssisə yaradıb

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

® Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

İsmayıllı, Ağsu və Qəbələ sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Su Ehtiyatları Agentliyi yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Pakistanlı kinorejissor: Azərbaycan və Pakistan kinematoqrafçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir

Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir

Qədim şəhərə səyahət: Gənclər Qəbələnin tarixi irsi ilə tanış olublar

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

“F-Holding”in təsisçisi: Azərbaycan-Özbəkistan əməkdaşlığında iqtisadi potensial tam reallaşdırılmalıdır

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında bu il torpaq üzrə 803 nümunə qəbul edilib

Qarabağ Dirçəliş Fondunun 2025-ci il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib

Bakı Dövlət Universitetinə tələbə qəbulu üçün qeydiyyat “mygov” üzərindən aparılacaq

Münsiflər heyətinin sədri: Film sahəsindəki gənclərimizin yaradıcılığında böyük potensial görürük

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

Almaniya daha 23 əfqan miqrantı deportasiya edib

Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ ortaq regional gücün formalaşdırılmasıdır RƏY

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir

AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib

“Hapoel”in keçmiş qapıçısı: “Sabah” yaxşı komandadır, vəziyyəti öz xeyrinə dəyişə bilər

Fransa kiberhücumlar qarşısında zəifliyini etiraf edir

Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz artıb

BDU ilə Özbəkistan universitetləri arasında çoxşaxəli əməkdaşlıq: birgə layihələr və konfranslar

Laçında Beynəlxalq Film Festivalı çərçivəsində panel müzakirə aparılıb VİDEO

Laçında Beynəlxalq Film Festivalı çərçivəsində panel müzakirə aparılıb VİDEO

İngiltərədə 10 il ərzində 70 mindən çox sosial və münasib qiymətli mənzil tikiləcək

Elvin Cəfərquliyev əməliyyat olunacaq, 3 ay futbol oynaya bilməyəcək

Astarada maarifləndirici təlim: gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır

Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

Son yeddi ayda 83 uşaq övladlığa verilib

Özbəkistandan 69 müəllim UNEC-də peşəkar inkişaf proqramlarında iştirak edib

Məktəblərdə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə başlanılır

Faiq Ələkbərli: Mirzə Uluqbəy adına məktəb Azərbaycan-Özbəkistan əlaqələrinin mühüm nümunəsidir

Günay Əfəndiyeva: Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir

Sənət dostları Tofiq Bakıxanov haqqında: Onun musiqisi və zəngin irsi daim yaşayacaq VİDEO

Sənət dostları Tofiq Bakıxanov haqqında: Onun musiqisi və zəngin irsi daim yaşayacaq VİDEO

Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır

Bakı-Daşkənd əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni imkanlar yaradır ŞƏRH

Xaçmazlı əkiz bacılar eyni ixtisasa qəbul olublar

Azərbaycan-Özbəkistan münasibətləri Əbədi dostluq mərhələsinə yüksəlib ŞƏRH

BDU alimləri özbəkistanlı həmkarları ilə 150-dən çox birgə elmi əsər nəşr etdiriblər

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar

BDU və Özbəkistan universitetləri arasında əməkdaşlığın yeni istiqamətləri formalaşır

UNEC və Özbəkistan universitetləri arasında ikili diplom və akademik mobillik imkanları genişlənir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı

Bakıdan İstanbula uzanan elm yolu - professor Abdullah Sofiyev

Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir

BDU Özbəkistanın 44 ali məktəbi və elmi müəssisəsi ilə əməkdaşlıq edir

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

“Mançester Siti”nin futbolçusu “Tottenhem”ə keçib

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib VİDEO

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib VİDEO

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2 VİDEO

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2 VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin olunub

Kəlbəcərdəki kiçik su elektrik stansiyalarında ümumilikdə 183,6 milyon kilovat/saat enerji istehsal edilib

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib YENİLƏNİB VİDEO

Almaniya hökuməti sənayenin rəqabət qabiliyyətinin və innovasiyaların gücləndirilməsini müzakirə edir