AVROPA STOLÜSTÜ TENNİS İTTİFAQI İDMANIN BU NÖVÜNÜN AZƏRBAYCANDA İNKİŞAF ETDİRİLMƏSİNƏ KÖMƏK GÖSTƏRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 27-də gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsində Avropa Stolüstü Tennis İttifaqının prezidenti Stefano Bosi ilə görüşmüşdür.
Ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işləri vurğulayan A.Rəhimov, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bu yöndə əvəzsiz xidmətlərini vurğulamışdır. Nazir demişdir ki, son illər ölkəmiz bir çox beynəlxalq yarışlara ev sahibliyi etmişdir. İdmançılarımızın beynəlxalq səviyyəli yarışlarda qazandıqları medalların sayı isə ildən-ilə artır.
Azərbaycanda ənənələri olan stolüstü tennis bu gün də diqqətdən kənarda qalmamışdır. İdmançılarımızın müntəzəm olaraq təlim-məşq toplanışlarında iştirak etdiyini bildirən nazir, ölkəmizə müxtəlif idman avadanlığının da gətirildiyini söyləmişdir.
Bakıda səmimi qarşılanmasından məmnunluğunu bildirən Stefano Bosi Azərbaycana ilk dəfə 6 il əvvəl səfər etdiyini söyləmişdir. Həmin vaxtdan ölkəmizin xeyli inkişaf etdiyini deyən qonaq bildirmişdir ki, bu səfərindən əsas məqsəd Azərbaycanda stolüstü tennis idmanının inkişaf perspektivlərini öyrənmək, bu sahədə irəliləyişin əldə olunmasına yardım etməkdir.
Qonaq demişdir ki, rəhbərlik etdiyi qurum Bakıda stolüstü tennis üzrə beynəlxalq səviyyəli yarışın keçirilməsini arzulayır. Lakin 2012-ci ilə qədər təqvim planı artıq müəyyənləşdiyindən, Azərbaycan paytaxtında yeniyetmə və ya kadetlər arasında qitə çempionatının, beynəlxalq turnirlərin keçirilməsi mümkündür. Avropa Stolüstü Tennis İttifaqının Azərbaycana hər cür dəstək verəcəyini bildirən qonaq, qarşılıqlı əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]