AVROPA STOLÜSTÜ TENNİS İTTİFAQININ PREZİDENTİ HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Avropa Stolüstü Tennis İttifaqının prezidenti Stefano Bosi noyabrn 27-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonağa görkəmli siyasi xadim Heydər Əliyevin adını yaşadan Fondun yaranması, fəaliyyəti, ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verilmişdir.
Fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasət, elm, mədəniyyət və incəsənət xadimlərinin, dövlət və hökumət rəhbərlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olan qonaq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketinə də maraqla baxmışdır.
Avropa Stolüstü Tennis İttifaqının prezidenti Stefano Bosi Fondun xatirə kitabına ürək sözlərini yazmış, Azərbaycan dövlətinin tərəqqisi naminə dəyərli fəaliyyətində Fonda uğurlar arzulamışdır.
Qonağa Fondun hədiyyəsi - “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]