AVROPA ŞURASI AZƏRBAYCAN BƏLƏDİYYƏLƏRİNİN MİLLİ ASSOSİASİYASININ YARADILMASINI DƏSTƏKLƏYİR
Ədliyyə nazirinin müavini Vilayət Zahirov və Avropa Şurasının eksperti Ouen Masters açılış mərasimində bildirmişlər ki, seminarın keçirilməsindən məqsəd Azərbaycanda yerli özünüidarə orqanları işinin səmərəliliyinin artırılmasına, bələdiyyələrin milli assosiasiyasının yaradılmasına, eləcə də bələdiyyələrin beynəlxalq təşkilatlarla və Avropa ölkələrinin yerli özünüidarə orqanları ilə əlaqələrinin inkişafına yardım etməkdir.
Çıxışlardan sonra yerli və regional hakimiyyətlər arasında əməkdaşlıq, yerli hakimiyyətlərin milli assosiasiyalarının rolu, yerli və regional hakimiyyətlərlə mərkəzi hökumət arasında əməkdaşlıq və digər məsələlər ətrafında geniş müzakirələr aparılmış, işçi qrupunun sədri və onun müavinləri seçilmişdir.
Tədbirdə Milli Məclis Aparatının, Ədliyyə, Xarici İşlər nazirliklərinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də Serbiya və Çernoqoriya, Rusiya və Norveç ekspertləri iştirak etmişlər.