AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BAŞ KATİBİ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNƏ SƏFƏR EDƏCƏK
AZƏRTAC-ın Strasburqdan aldığı xəbərdə deyilir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Bruno Haller Cənubi Qafqaz ölkələrinə bir həftəlik səfərə çıxacaqdır.
Etibarlı mənbələrə görə, B. Haller Azərbaycan, Ermənistan və Gürcüstan parlamentlərinin fəaliyyəti ilə tanışlıq məqsədi ilə iyunun 29-dan iyulun 5-dək bu üç ölkədə olacaqdır. Hallerin bu regiona səfər ideyası Cənubi Qafqaz ölkələri parlament sədrlərinin bu yaxınlarda Strasburqda keçirilən görüşü zamanı yaranmış, bir neçə gün əvvəl AŞPA-nın Büro iclasında təsdiq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]