Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasında Ermənistanda keçirilən parlament seçkilərində yol verilmiş kütləvi qanun pozuntularından bəhs edilib

Avropa Şurasında Ermənistanda keçirilən parlament seçkilərində yol verilmiş kütləvi qanun pozuntularından bəhs edilib

Strasburq, 25 aprel, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Büro və Daimi Komitənin ötən sessiyadan sonrakı fəaliyyətləri ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək, Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Üzv ölkələrdə keçirilən hər bir parlament seçkisinin təşkilat üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan R.Hüseynov deyib: “Parlament Assambleyasının deputat tərkibi məhz həmin seçkilərin nəticələrinə uyğun formalaşır. Ona görə də biz bu seçkilərin hər birini diqqətlə izləməyə, prosesləri təhlil etməyə, nəticələr çıxarmağa borcluyuq. Martın 26-da Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkiləri ayrı-ayrı qüsurlara və pozuntulara baxmayaraq, bütövlükdə müsbət dəyərləndirilsə də, təəssüf ki, eyni sözü aprelin 2-də Ermənistanda keçirilmiş seçkilər haqqında söyləmək mümkün deyil. Mən bu fikri yalnız Ermənistan cəmiyyətinin fəal üzvlərindən gəlib çatan çoxsaylı məlumatlar əsasında səsləndirmirəm. Ermənistandakı seçkiləri qiymətləndirərkən yerli müşahidəçilərdən ibarət “Vətəndaş müşahidəsi” adlı təşəbbüs qrupunun rəyini də əsas götürmürəm. Mövcud 2009 məntəqədən 1521-də həmin təşəbbüs qrupunun 3112 üzvünün apardığı müşahidə və təhlillərdən çıxardığı acınacaqlı nəticə bundan ibarətdir ki, Ermənistanda saysız-hesabsız pozuntularla müşayiət edilən parlament seçkiləri əhalinin seçkilərə olan inamını tamamilə məhv edib. Keçmiş Ermənistan prezidenti, indi müxalif “Ermənistan Milli Konqresi” partiyasının lideri Levon Ter-Petrosyan isə diktatura rejiminin seçkinin nəticələrini müəyyənləşdirən orta təbəqəni büsbütün məhv etdiyini bəyan edib. Mən Ermənistandakı mütərəqqi qüvvələrin, müxalif partiyaların, mətbuatın da kəskin tənqidi qeydlərini bir kənara qoyaraq, diqqətinizi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyalarının çıxardığı nəticələrə yönəldirəm”.

Bir sıra mötəbər beynəlxalq təşkilatların Ermənistandakı seçkilərə verdiyi son dərəcə mənfi qiymətlərdən sitatlar gətirən deputat Rafael Hüseynov bu seçkilərin xalqın iradəsini ifadə etmədiyini bildirib: “ATƏT-in seçkiləri müşahidə edən qısamüddətli missiyasının koordinatoru İqnasio Sançes Amor səslərin satın alınması, xırda bizneslə məşğul olanlara ciddi təzyiq göstərilməsi, mətbuatın hüquqlarının kobud şəkildə dəfələrə pozulmasına bilavasitə şahid olduqlarını təsdiqləyir. Avropa Parlamentinin seçkiləri izləyən nümayəndə heyətinin rəhbəri Heidi Hautala bəyan edib ki, onlardakı səhih məlumatlara görə, Ermənistandakı parlament seçkiləri səslərin total şəkildə satın alınması, çoxsaylı hüquq pozuntuları, seçicilərə genişmiqyaslı təzyiqlərlə müşayiət olunub. Avropa İttifaqının Ermənistandakı parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski isə qeydə aldıqları çoxsaylı nöqsan və cinayətlərin əsasında Ermənistandakı seçkilərin mahiyyətini siyasi leksikonda yenilik sayıla biləcək yığcam ifadə ilə “siyasi korrupsiya” adlandırıb. Lakin onun başqa bir dəyərləndirməsi də var. Pyotr Svitalskinin sözlərinə görə, Ermənistandakı seçkilərdə ən ağlasığmaz hal və indiyədək müşahidə etdiyi ən əcaib seçki saxtakarlığı psixiatriya müalicəxanalarındakı ruhi xəstələrin həkimlərin yönəltməsi ilə hakim partiya səs vermələri olub. Ancaq ədalət və obyektivlik naminə mən Avropa İttifaqı missiyası rəhbərinin Ermənistandakı seçkilərdə müşahidə edilmiş bu halı ağlasığmaz adlandırması ilə razılaşa bilmərəm. Əksinə, bu, çox ağlabatan və məntiqli, həm də rəmzi məna daşıyan haldır. Çünki öz xalqını inkişaf və tərəqqidən məhrum edərək səfil vəziyyətə salmış, iqtisadi və mənəvi sarsıntılar girdabına sürükləyən Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!”

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola”dan ölənlərin sayı 452-yə çatıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb

“Sumqayıt” yeni qapıçı transfer edib

Ukraynada orta məktəblərdə mobil telefonların istifadəsi qadağan edilə bilər

Dünya Seriyası: “Neftçi” basketbol komandası 1/4 final mərhələsinə vəsiqə qazanıb

Çempionlar Liqası: “Sabah” iştirak ərizəsini UEFA-ya təqdim edib

Filarmoniyada mövsümün yekun konserti – “İncə Sənətlə üz-üzə”

“Kəpəz” baş məşqçisi Azər Məmmədovla müqavilə imzalayıb

“Qarabağ”dan ayrılan qapıçı “Sabah”a keçib

AzMİU-da “Məzun günü” təntənəsi: gələcəyin memar və mühəndisləri yeni həyata addım atdılar VİDEO

AzMİU-da “Məzun günü” təntənəsi: gələcəyin memar və mühəndisləri yeni həyata addım atdılar VİDEO

Latın Amerikasından olan sənətçilər: Bakıda möhtəşəm festivalda olduğumuz üçün çox xoşbəxtik

AzTU-da beynəlxalq elmi müsabiqə - qalib Berlində ölkəmizi təmsil edəcək

Kristin Laqard Fransada prezident seçkilərinə görə AMB-dən vaxtından əvvəl ayrıla bilər

Söhrab Sobhani: Azərbaycandakı yüksək dini dözümlülük və tolerantlıq mühiti böyük rəğbət doğurur

Dünya Bankı Azərbaycanın yol sektorunda institusional islahatlara dəstəyə hazırdır

Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılması məsələsinə sistemli yanaşma lazımdır - RƏY

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

“Fənərbağça” Nathan Akenin transferini açıqlayıb

"Zirə" yeni qapıçı transfer edib

Dilqəm Əhməd: Əli bəy Hüseynzadə arxivinin ekspozisiyası Birinci Türkoloji Qurultayın 100 illiyinin mühüm hadisəsidir

Fransa millisi heyətini açıqladı: əfsanəvi cüdoçu Teddi Riner Bakıya gəlir

Bu saata olan əsas xəbərlər

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib VİDEO

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib VİDEO

Bakıda Əli bəy Hüseynzadəyə həsr olunmuş sərgi açılıb

Milli Məclisin sədri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün təşkil olunan silsilə məlumatlandırma sessiyaları başa çatıb

Atatürk Mərkəzində “Borçalı Mehralı bəy tarixi həqiqətlərdə” kitabının yeni nəşri təqdim olunub

33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları Kəlbəcər rayonunda torpağa tapşırılıb VİDEO

33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları Kəlbəcər rayonunda torpağa tapşırılıb VİDEO

İnterpolun axtardığı şəxs Monteneqroda saxlanıldı — Azərbaycana ekstradisiya olunur

Ankaranın hava limanında NATO sammiti zamanı məhdudiyyətlər tətbiq ediləcək

İyun ayında Bakı metrosundan 18 milyondan çox sərnişin istifadə edib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb

Şəhid övladı: Ali təhsilimi Avropada davam etdirməyi düşündüyüm üçün Almaniyadakı yay düşərgəsi mənim üçün önəmlidir VİDEO

Şəhid övladı: Ali təhsilimi Avropada davam etdirməyi düşündüyüm üçün Almaniyadakı yay düşərgəsi mənim üçün önəmlidir VİDEO

Nazir: “Məşğulluğa Dəstək Layihəsi” özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olur

Rati İonatamişvili: Orta Dəhliz əhəmiyyətinə görə dünya iqtisadi xəritəsində aparıcı və ən perspektivli layihələrdəndir

Vətən Müharibəsi Qəhrəmanının qızı: Yay düşərgələri fərdi inkişafımıza böyük töhfə verir VİDEO

Vətən Müharibəsi Qəhrəmanının qızı: Yay düşərgələri fərdi inkişafımıza böyük töhfə verir VİDEO

Siyasətdə yeni dövr TƏHLİL

BMMT ilə Sudan arasında əməkdaşlıq genişləndirilir

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi nəzərdən keçirilib

BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başlanır

BDU-da “Diplomatiya saatı” layihəsinin növbəti qonağı Azərbaycanın İsraildəki səfiri olub

Avropa Şurası Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, selektiv yanaşmadan imtina etməlidir - ŞƏRH

Hövsan qəsəbəsinin əsas yollarından birində ilk dəfə işıqforlar quraşdırılıb

Bakı, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələdə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

® 70 min manatadək kredit – Komissiyasız

Uşaqlar rəqəmsal mühitdə qorunacaq: Sosial şəbəkələrdə yaş tələbi VİDEO

Uşaqlar rəqəmsal mühitdə qorunacaq: Sosial şəbəkələrdə yaş tələbi VİDEO

® Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı olub

Rəy sorğusu Prezident İlham Əliyevə yüksək ictimai etimadı təsdiqləyir ŞƏRH

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlər mükafatlandırılacaqlar

Bursada “Xarıbülbül” xor qrupunun konserti təşkil olunub

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin yarımfinalında 331 nəfər iştirak edir və onlardan 100-ü finala vəsiqə qazanacaq VİDEO

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin yarımfinalında 331 nəfər iştirak edir və onlardan 100-ü finala vəsiqə qazanacaq VİDEO

Astarada topdansatış anbarında istehlaka yararsız qida məhsulları aşkarlanıb

Azərbaycan ilə Şimali Kipr arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

QHT sədri: Avropa Komissiyasının Prezidentinin Bakı səfəri enerji tərəfdaşlığında yeni dövr açır

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ VİDEO

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ VİDEO

Avropadakı isti havalar İsveçrə buzlaqlarını qoruyucu qar örtüyündən məhrum edir

Paytaxtda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

Rəhman Hacıyev “Yüksəliş” müsabiqəsinin iştirakçılarına müraciət etdi: Hədəfinizə doğru inamla irəliləməlisiniz VİDEO

Rəhman Hacıyev “Yüksəliş” müsabiqəsinin iştirakçılarına müraciət etdi: Hədəfinizə doğru inamla irəliləməlisiniz VİDEO

Naxçıvanda elektrik enerjisinə tələbat tam bərpaolunan enerji hesabına təmin edilib

Nizami rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

Nizami rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

Bakıda test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq

Autizm Mərkəzində təhsil və reabilitasiya imkanları təqdim olunub

®  Uşaqlarda qaraciyərin exinokok kistası əməliyyatı VİDEO

® Uşaqlarda qaraciyərin exinokok kistası əməliyyatı VİDEO

Azərbaycan-Avropa İttifaqı münasibətlərində enerji sektoru əməkdaşlığın əsasını təşkil edir RƏY

Nazir müavini: Xarici qonaqlar Qarabağda tarixi irsin yenidən dirçəldilməsi prosesinin şahidi oldular

“Azərbaycanın faydalı bitki ehtiyatları: tədqiqi və tətbiqi” kitabının I cildi nəşr olunub

Azərbaycanda süni intellektlə bağlı bütün qərarlar rəqəmsal suverenliyin qorunmasına xidmət edir ŞƏRH

Xocalı sakini: Otuz ildən sonra doğma torpağımızın təmiz havasını udmaq ömrümün ən gözəl mükafatıdır VİDEO

Xocalı sakini: Otuz ildən sonra doğma torpağımızın təmiz havasını udmaq ömrümün ən gözəl mükafatıdır VİDEO

Dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin meyiti tapılıb

“Qarabağ” macarıstanlı futbolçunu transfer edib

Polşalı professor Şərqşünaslıq İnstitutunda azərbaycanlı alimlərlə görüşüb

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibi: Qiymətləndiricilər kifayət qədər peşəkardırlar

Ağcabədidə fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Ekspert: Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

Nazir Məcnun Məmmədov Lerikdə vətəndaşlarla görüşüb

Sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi uşaqların daha təhlükəsiz rəqəmsal mühitdə böyüməsinə töhfə verəcək – RƏY

® “Kapital Bank” 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

Anastasiya Lavrina: Prezident İlham Əliyevə yüksək etimad Azərbaycanın uğurlu dövlət siyasətinin nəticəsidir

Qərbi Azərbaycan İcması ilin ilk altı ayında görülən işlərin hesabatını verib

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

Məktəbəqədər təhsilverənlərin qiymətləndirmə çərçivəsi təqdim olunub

Qazaxıstanla Azərbaycan arasında akademik əməkdaşlığın perspektivləri müzakirə olunub

Akademik: Təhsil sistemi süni intellekt dövrünün tələblərinə uyğun mütəxəssislər hazırlamalıdır

Litva parlamentinə nüvə silahına qadağanın ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib

Komitə sədri: “Yüksəliş” müsabiqəsində gələcəyin potensialı, məsuliyyət hissi, inkişaf etmək iradəsi qiymətləndirilir VİDEO

Komitə sədri: “Yüksəliş” müsabiqəsində gələcəyin potensialı, məsuliyyət hissi, inkişaf etmək iradəsi qiymətləndirilir VİDEO

Politoloq: Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də Avropa üçün strateji sabitlik dayağıdır

Ədliyyə naziri Balakən rayonunda vətəndaşların müraciətlərini dinləyib

Vahid Hacıyev: “Yüksəliş” müsabiqəsi ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir VİDEO

Vahid Hacıyev: “Yüksəliş” müsabiqəsi ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir VİDEO

Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub

Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş prokuror Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyib

Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri Milli Məclisdə olub

Rektor: Türk dünyası ilə əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişik

İsveçin Baş naziri: NATO-nun Ankara sammiti “təlatümlü dövrdə” keçirilir

Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1,39 milyard dollar olub

Anar Quliyev: “Yüksəliş” müsabiqəsi ölkənin gələcək idarəçilik potensialının gücləndirilməsi məqsədlərinə xidmət edir VİDEO

Anar Quliyev: “Yüksəliş” müsabiqəsi ölkənin gələcək idarəçilik potensialının gücləndirilməsi məqsədlərinə xidmət edir VİDEO

Kredit təminatı mexanizminin təkmilləşdirilməsi prosesinə FINGROW proqramının dəstəyinə dair fikir mübadiləsi aparılıb

Politoloq: Azərbaycan xalqının Prezidentinə yüksək etimadı ölkənin əldə etdiyi tarixi uğurların məntiqi nəticəsidir