AVROPA ŞURASININ BAŞ KATİBİ AZƏRBAYCAN PREZİDENTİNİN SƏRƏNCAMINI ALQIŞLAYIR
T.Devis Sərəncamı alqışladığını vurğulayaraq, bu addımın ölkədə seçkiləri daha yaxşı müşahidə etməyə, seçkilərdə dövlət orqanlarının bitərəf mövqe tutacağına, barmaqların mürəkkəblə işarələnməsinin isə “bir seçici – bir səs” prinsipinə əməl edilməsinə imkan yaradacağına əmin olduğunu bildirmişdir. O nəzərə çarpdırmışdır ki, barmaqların mürəkkəblə işarələnməsində təhqiramiz bir şey yoxdur. Əksinə, bu, kiminsə iki dəfə səs verməyəcəyinə əminlik yaradır. Digər tərəfdən isə bu, Avropa İttifaqının bir neçə ölkəsində qəbul edilmiş qaydadır.
Avropa Şurasının baş katibi demişdir: “Əgər mən noyabrın 6-da Azərbaycanda parlamentə seçkilərdə iştirak edib səs versəydim, barmağımın mürəkkəblə işarələnməsinə sevinərdim”.