Avropada enerji böhranı ilə əlaqədar bəzi dövlətlər qeyri-adi qərarlar qəbul edirlər
Bakı, 1 fevral, AZƏRTAC
Avropada yaranan enerji böhranı bir sıra dövlətlərdə qeyri-adi qərarların qəbul edilməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, fevralın 1-dən başlayaraq Polşa həbsxanalarında məhkumlar istifadə etdikləri əlavə elektrik enerjisinin pulunu özləri ödəməlidirlər. Yeni qərara əsasən, müəyyən olunmuş vaxtdan artıq enerji sərf edilərsə - kamerada radio, televizor, su qızdırmaq üçün çaynik və digər elektrik avadanlıqlarının istifadəsi zamanı sərf olunan enerjinin pulunu məhkumun özü ödəyəcək.
Polşanın ədliyyə nazirinin müavini Mixal Vos “Business Insider Polska” saytına bildirib ki, bu, məhkumlara enerjidən qənaətlə istifadə etmək mədəniyyəti aşılayacaq və onlar azadlığa çıxdıqdan sonra da elektrik enerjisindən qənaətlə istifadə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]