Avropada ilk kvant kompüterləri infrastrukturu Rumıniyada qurulur
Buxarest, 30 aprel, AZƏRTAC
Rumıniya gələcəyin texnologiyaları sahəsinə daxil olur və ölkədə ilk kvant kompüterləri infrastrukturu İaşi şəhərində yaradılır. Layihə region üçün mühüm texnoloji mərhələ hesab olunur, Mərkəzi və Şərqi Avropada ilk belə təşəbbüslərdən biridir.
Kvant texnologiyalarının tətbiqi məqsədilə İaşidə yaradılan “FreeYa Mind Campus”u çərçivəsində IBM ilə əməkdaşlıq həyata keçirilir. Bu mərkəz Avropada bu tipli ikinci kvant innovasiya mərkəzi kimi qiymətləndirilir.
Layihə artıq həyata keçirilmə mərhələsindədir. Burada kvant hesablama, süni intellekt və digər qabaqcıl texnologiyalar üzrə tədqiqatlar aparılacaq, həmçinin tələbələr və mütəxəssislər üçün təlim proqramları təşkil olunacaq.
Həmçinin mərkəz kvant kompüterlərinə birbaşa və ya bulud vasitəsilə çıxış imkanı yaradaraq müxtəlif sahələrdə, tibbi tədqiqatlardan kriptoqrafiyaya qədər kompleks problemlərin həllinə şərait yaradacaq. Layihə çərçivəsində yüksək performanslı məlumat mərkəzi və elmi laboratoriyalar yaradılacaq ki, bu da Rumıniyanın regionda texnologiya və innovasiya mərkəzinə çevrilməsinə töhfə verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [18:27]
Avropa ölkələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşüb
- 27.08.2026 [17:56]
ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib
- 27.08.2026 [17:54]
“TotalEnergies” Rusiyadakı LNG layihəsindən çıxıb
- 27.08.2026 [17:28]
Nepaldakı gölün 72 saat ərzində dağıla biləcəyi barədə xəbərdarlıq edilib
- 27.08.2026 [17:26]
Birləşmiş Ştatların neft ehtiyatları artıb
- 27.08.2026 [16:32]
Türkiyə qızıl hasilatının həcmini 10 faiz artıracaq
- 27.08.2026 [16:30]