AVROPADA İNTERNETDƏN ƏN ÇOX İSTİFADƏ EDƏN FRANSIZLARDIR
Hər bir fransız həftə ərzində orta hesabla 13 saat internet arxasında vaxt keçirir. Bu, Avropada rekord sayılır. Böyük Britaniya və İspaniya sakinləri buna hər həftə 11 saat, almanlar və italiyanlar isə 8 və yaxud 9 saat vaxt sərf edirlər.
Orta hesabla avropalılar həftədə 10 saat 45 dəqiqə internetlə birbaşa əlaqədə olurlar. 2004-cü ildə bu göstərici 8 saat 45 dəqiqə idi. 2003-cü illə müqayisədə internetdən istifadə 56 faiz artmışdır. Həmin dövrdə televiziya verilişlərinə tamaşa edənlərin sayı 6 faiz, radio dinləyicilərinin sayı 14 faiz və gündəlik mətbuata maraq 13 faiz artmışdır.
Bu nəticələr aparılmış sorğu nəticəsində əldə olunmuşdur. Sorğuda Avropanın 7 ölkəsindən 1500 nəfər iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]