Avropada noutbuk və planşetlərə tələbat artıb
Bakı, 11 aprel, AZƏRTAC
"International Data Corporation" (IDC) analitik şirkəti tədqiqat apararaq Avropa bazarında noutbuk və planşetlərə tələbatın kəskin artmasını açıqlayıb.
AZƏRTAC "3dnews.ru" resursuna istinadən xəbər verir ki, buna səbəb kimi yeni koronavirusun yayılmasının davam etməsi göstərilir. Belə ki, pandemiya şəraitində əksər şirkət əməkdaşları evdən məsafəli iş rejiminə keçirilib və bu, noutbuk və planşetlərin satışının sürətlə artmasına səbəb olub.
Şirkətin ilkin qiymətləndirməsinə görə, bu ilin birinci rübündə qeyd edilən kompüter qurğularının tədarük həcmi 2019-cu ilin birinci rübü ilə müqayisədə 3,1 dəfə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:02]
MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb
- 13.10.2026 [16:38]
ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər
- 13.10.2026 [16:28]
Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış
- 13.10.2026 [16:17]
UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq
- 13.10.2026 [16:12]
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
- 13.10.2026 [14:21]