Avropada qazın qiyməti 5 faizdən çox bahalaşıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Avropada oktyabrın 10-da keçirilən hərracın gedişində mavi yanacağın min kubmetrinin qiyməti 5 faizdən çox bahalaşaraq avqustun sonundan bəri ilk dəfə 500 dolları ötüb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçersinin qiyməti 508 dollar təşkil edir.
Bu ərəfədə ABŞ-ın “Chevron” neft-qaz kompaniyası Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda təhlükəsizlik baxımından “Tamar” qaz yatağında hasilatı dayandırıb. Hasilatın dayandırılması, eyni zamanda, Avropaya tədarüklərin də gecikməsinə səbəb ola bilər. Bundan başqa, “Chevron” kompaniyasının Avstraliyada maye qaz istehsalı ilə məşğul olan iki müəssisəsinin əməkdaşları gələn həftədən tətili bərpa etməyi planlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]