AVROPANIN ƏN YAXŞI FUTBOLÇUSU ADINA NAMİZƏDLƏR ELAN OLUNMUŞDUR
“Franc Fotbal” jurnalı Avropanın ən yaxşı futbolçusu adına namizədlərin adlarını elan etmişdir. AZƏRTAC jurnala istinadla xəbər verir ki, 50 namizəd arasında bu adın hazırkı sahibi Andrey Şevçenko və 2003-cü il müsabiqəsinin qalibi Pavel Nedved də var. Mükafatın sahibi noyabrın 28-də elan olunacaqdır.