AVSTRALİYA HÖKUMƏTİ TERRORİZMLƏ MÜBARİZƏYƏ 297 MİLYON DOLLAR AYIRACAQDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərinə istinadla verdiyi xəbərə görə, Avstraliya hökuməti terrorizmlə mübarizəni gücləndirmək üçün kəşfiyyat xidmətlərinə və polisə 400 milyon Avstraliya dollarından (297 milyon ABŞ dolları) artıq vəsait ayıracaqdır. Bu, Baş nazir Con Hovardın hökuməti tərəfindən ölkənin təhlükəsizlik ehtiyaclarına yönəldilmiş kifayət qədər böyük məbləğdir.
Həmin vəsait də nəzərə alınarsa, 2001-ci il sentyabrın 11-dən milli təhlükəsizlik sahəsinə ayrılan vəsaitin ümumi məbləği 3 milyard Avstraliya dolları (2,2 milyard ABŞ dolları) təşkil edəcəkdir.