Avstraliya millisi Asiya Kubokuna qələbə ilə başlayıb
Bakı, 13 yanvar, AZƏRTAC
Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda növbəti oyun baş tutub.
AZƏRTAC xəbər verir ki, 18-ci dəfə keçirilən turnirin B qrupunda Avstraliya və Hindistan yığmaları üz-üzə gəliblər.
Əhməd bin Əli stadionunda reallaşan görüş Avstraliya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 50-ci dəqiqədə Cekson İrvin və 73-cü dəqiqədə Cordan Bos vurublar.
Günün digər oyunlarında Çin millisi Tacikistanla, Özbəkistan yığması isə Suriya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Asiya Kubokunun açılış oyununda ev sahibi Qətər Livana 3 cavabsız qolla qalib gəlib. Turnirə fevralın 10-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]