Avstraliyada da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaqdır
Bakı, 25 fevral (AZƏRTAC). Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin (AATDC) təşkilatçılığı ilə Sidneydə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ölkənin ən böyük məscidi - Gelibolu Camisində 3 min 500-dək adamın iştirak edəcəyi cümə namazından əvvəl keçiriləcək mərasimdə AATDC-nin rəhbəri İmadəddin Qasımov Xocalı soyqırımı haqqında ətraflı məlumat verəcəkdir.
Bundan əlavə, fevralın 26-da Türk Dayanışma Dərnəyində Azərbaycan, türk, uyqur, türkmən və digər icmaların təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə AATDC-nin və “Azərbaycanın səsi” radiosunun birgə təşkilatçılığı ilə anma mərasimi keçiriləcəkdir. Mərasimdə Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanmış videomateriallar nümayiş olunacaq, kitablar, broşürlər paylanacaqdır.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş fotosərgi də təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]