Avstriya Qərbi Balkan ölkələrinə səyahət ilə bağlı ən yüksək xəbərdarlığı elan edib
Vyana, 1 iyul, AZƏRTAC
Avstriya hökuməti iyulun 1-dən etibarən Qərbi Balkan ölkələrinə səyahətlə bağlı (Bosniya və Herseqovina, Serbiya, Albaniya, Kosova, Şimali Makedoniya və Monteneqro) ən yüksək səyahət xəbərdarlığı elan edib.
AZƏRTAC xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda Avstriya vətəndaşlarına bu ölkələrə vacib olmayan səfərləri təxirə salmaq, eləcə də hazırda bu ölkələrdə olan şəxslərə ən qısa zamanda geri dönməyi tövsiyə edib. Buna əsas səbəb kimi hazırda Avstriyada bu regiondan gələn şəxslərdə COVID-19-a yoluxma hallarının aşkarlanması göstərilib. Eləcə də Sloveniya və Xorvatiyada Qərbi Balkandan idxal olunan yoluxma halları Avstriyanı ehtiyat tədbirlərini gücləndirməyə vadar edib.
Ən yüksək, yəni 6-cı dərəcəli səyahət xəbərdarlığı qeyd edilən ölkəni tərk etməyə və ya həmin ölkəyə səfər etməməyə dair rəsmi çağırışdır. Həmin ölkələrdən Avstriyaya geri dönən şəxslər mütləq qaydada 14 günlük özünütəcrid etməli və ya testdən keçməlidirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]