Avstriya Qərbi Balkanda sərhəd mühafizəsinin gücləndirilməsinə dəstək verəcək
Vyana, 11 aprel, AZƏRTAC
Avstriya Qərbi Balkan regionunda qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə sərhəd mühafizəsinin gücləndirilməsini dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə yaxın aylarda əlavə polis birləşmələri və texniki avadanlıq Balkan ölkələrini sərhəd mühafizəsi üçün göndəriləcək. Bu barədə qərarı Avstriyanın Kansleri Karl Nehammer və daxili işlər naziri Qerhard Karner bəyan ediblər.
Hazırda Avstriyadan 130 polis Macarıstan, Serbiya və Şimali Makedoniyada sərhəd mühafizəsində yerli qüvvələrlə birlikdə xidmət göstərir. Yaxın gələcəkdə göndəriləcək polislərin sayına aydınlıq gətirilməsə də, daxili işlər naziri Karner Qərbi Balkan ölkələri ilə əməkdaşlığın Avstriyadakı təhlükəsizlik vəziyyəti üçün mühüm olduğunu ifadə edib.
Həmçinin Avstriya rəsmiləri Rumıniya və Bolqarıstanın Şengen məkanına daxil olmaq istəklərinə qarşı veto hüququndan istifadəni davam etdirəcəklərini bildiriblər. Qeyd edilib ki, daxili sərhəd nəzarətinin olmadığı Şengen məkanının genişləndirilməsinə Avstriya tərəfi yalnız Avropa İttifaqının xarici sərhədlərinin təsirli şəkildə qorunduğu və qanunsuz miqrantlarının sayının azaldığı halda razılıq verəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]