Avstriya şirkəti Qara dənizin Gürcüstan sahillərində neft-qaz axtaracaq
Tbilisi, 1 iyul, AZƏRTAC
Avstriyanın “OMV Petrom S.A” şirkəti Qara dənizin Gürcüstan sahillərində neft-qaz kəşfiyyatı və hasilatı ilə bağlı tenderin qalibi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib. Onun sözlərinə görə, tender Qara dənizin Gürcüstan sahillərində 5,3 min kvadratkilometr ərazidə neft-qaz yataqlarının işlənilməsinə əsas razılığın verilməsi üzrə keçirilib. Şirkət tenderin tələblərinə uyğun olaraq əvvəlcə seysmoloji kəşfiyyat işləri aparacaq, sonra qazma işlərinə başlanacaq.
Nazir deyib ki, “OMV Petrom S.A” şirkət ilə müqavilə yaxın vaxtlarda imzalanacaq.
Bildirilib ki, Qara dənizin Gürcüstan sahillərindəki şelfdə neft yataqlarının axtarışı və karbohidrogenlərin hasilatı üzrə əməliyyatlar ilk dəfə həyata keçiriləcək.
Qeyd edək ki, “OMV Petrom S.A” Avstriyanın “OMV” holdinqinin tərkibinə daxildir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]