Avstriyada iki şəxsin koronavirusa yoluxması təsdiqlənib
Vyana, 25 fevral, AZƏRTAC
Avstriyanın Tirol əyalətində iki şəxsin COVID-19 virusuna yoluxması təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, əslən İtaliyanın Lombardiya regionundan olan və İnnsbruk şəhərində yaşayan bu şəxslərin hər iki test müayinəsinin cavabı müsbət çıxıb. Hazırda İnnsbruk xəstəxanasının karantin bölməsində yerləşdirilmiş xəstələrin indiyədək təmasda olduğu şəxslər müəyyənləşdirilir.
İnnsbruk Tibb Universitetinin Daxili xəstəliklər şöbəsinin rəhbəri Herbert Tilq mətbuat konfransında bildirib ki, İtaliyanın Berqamo bölgəsindən olan şəxslər fevralın 21-də şəxsi avtomobilə İnnsbruka gəliblər. Hazırda virusun yüngül simptomlarını daşıyan şəxslərin özlərini yaxşı hiss etdikləri və ümumi immun müqavimətinin yaxşı olmasına görə virusa qalib gələcəklərinə inam ifadə olunub.
Qeyd edilməlidir ki, qonşu İtaliyada virusun yayılma xəbərindən sonra Avstriyada 59 xəstəxanada COVID-19 virusu ilə bağlı xüsusi mərkəzlər yaradılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]