Avstriyada koronavirusla bağlı “yaşıl pasport“ sistemi tətbiq ediləcək
Vyana, 17 mart, AZƏRTAC
Avstriya hökuməti aprel ayında koronavirusa qarşı peyvənd olunmuş, xəstəlikdən sağalmış və mütəmadi testdən keçən şəxslər üçün “yaşıl pasport” sistemi tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstriyanın federal turizm naziri Elizabet Köstinqer təsdiqləyib. O bildirib ki, Avropa İttifaqı səviyyəsində iyun ayının 1-dən etibarən belə bir rəqəmsal peyvənd pasportu qüvvəyə minməlidir və bununla da yay aylarında turizm fəaliyyəti təmin olunmalıdır. Turizm ölkəsi olan Avstriya bu istiqamətdə daha erkən addımlar atmaq niyyətindədir və yaxın günlərdə rəqəmsal sistemin hüquqi bazası yaradılmalıdır.
E.Köstinqer bu konsepsiyanın tətbiqinə erkən başlamağı səyahət mövsümünə kimi lazımi işlərin görülməli olduğu və həmçinin Avropa İttifaqı səviyyəsində hüquqi və texniki prosedurların gedişatından asılı olmamaq istəyi ilə izah edib.
Pandemiyanın mövcud olduğu müddət ərzində qüvvədə olacaq “yaşıl pasport“ pulsuz veriləcək, orada peyvənd, test və digər sertifikatlar elektron formatda qeyd ediləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]