Avstriyalı atlet Andreas Prommeqqer qış idman növləri üzrə ən yaşlı dünya çempionu olub
Bakı, 23 fevral, AZƏRTAC
Avstriyalı Andreas Prommeqqer qış idman növləri üzrə dünya çempionatında qızıl medal qazanan ən yaşlı atlet olub.
AZƏRTAC xəbər verir ki, 42 yaşlı snoubordçu Gürcüstanda keçirilən dünya çempionatında paralel slalom yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. A.Prommeqqer yarışın final mərhələsində həmyerlisi - 26 yaşlı Arvid Auneri 0,44 saniyə qabaqlayıb.
Əvvəllər dünyanın ən yaşlı dünya çempionu Avstriya idmançısı Klaudiya Riqler idi. O, 2015-ci ildə 41 yaşında paralel qiqant slalom növündə qızıl medal qazanmışdı.
Ən yaşlı Olimpiya çempionu adı isə İtaliya idmançısı Maurilio De Zolta məxsusdur. İtaliyalı atlet 1994-cü ildə Norveçdə keçirilən Qış Olimpiya Oyunlarında 43 yaşında estafet yarışlarında birinci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]