AVTOMAŞININ AŞMASI SÜRÜCÜNÜN ÖLÜMÜNƏ SƏBƏB OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Ələt-Yevlax yolunun 24-cü kilometrində, Salyan rayonunun Kürsəngi kəndi ərazisində Masallı rayonunun sakini Ramin Rzayev “VAZ-2106” markalı avtomaşını aşırmışdır. Nəticədə, sürücü hadisə yerində ölmüşdür.
Quba rayonunun İqriğ kəndi ərazisində Sumqayıt şəhər sakini Əlbəndə Dadaşova məxsus “Mersedes-0303” markalı və Qaraçay qəsəbəsinin sakini Çingiz Tağıyevin idarə etdiyi “ZAZ-968” markalı avtomaşınlar toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Çingiz Tağıyevin həyatını xilas etmək mümkün olmamışdır.
Faktlarla bağlı təhqiqat aparılır.