Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Avtomobil nəqliyyatında beynəlxalq daşımalarla bağlı yeni qaydalar müəyyənləşir

Avtomobil nəqliyyatında beynəlxalq daşımalarla bağlı yeni qaydalar müəyyənləşir

Bakı, 16 iyun, AZƏRTAC

“Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımalarla bağlı yeni qaydalar tətbiq olunacaq. Yeni qaydalara görə, operatorun məsul şəxsi və ya onun sürücüsünün 7 il müddətində etibarlı sənədi olmalıdır.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 16-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir.

Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüləri isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.

Operatorun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.

İcazə sistemi tətbiq edən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mübadilə edilən (əldə edilən) və verilən “İcazə” blankları (jurnalları) əsasında yerinə yetirilir. “İcazə” blankları (jurnallar) növbəlilik, bazar payı və ya malik olduğu nəqliyyat vasitələrinin sayı nəzərə alınmaqla operatorlar arasında bölüşdürülür. “İcazə” blankının (jurnalının) üzərində onun verildiyi operatorun adı və onu fərdiləşdirməyə imkan verən digər məlumatlar qeyd edilir. “İcazə” blanklarının (jurnalların) verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödənilir.

“İcazə” blankları (jurnalları) Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli beynəlxalq müqavilələrə və beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq kvotalar üzrə mübadilə edilir və ya çoxtərəfli sazişlərə uyğun olaraq əldə edilir.

“İcazə” blanklarının (jurnallarının) doldurulması zamanı məlumatların təhrif olunması, pozulması və yenidən yazılması , habelə “İcazə” blankının (jurnalının) başqa şəxslərə ötürülməsi qadağandır.

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinin Azərbaycan Respublikasının ərazisində yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin edir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Serbiya Prezidenti: Qərb Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşır

Kir Starmer Baydenin prezident seçkilərində iştirakdan imtinasına münasibət bildirib

“Kəpəz” albaniyalı futbolçunu heyətinə transfer edib

Harris ABŞ-da prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib

Nümayəndələr Palatasının sədri: Harrisin namizədliyi demokratların seçki perspektivlərini yaxşılaşdırmayacaq

NATO: Hazırda 500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir

ABŞ-da atışma olub, 3 nəfər ölüb

Sumqayıtda bir qrup jurnalist mükafatlandırılıb

Tramp: ABŞ Bayden administrasiyasına görə çox əziyyət çəkdi

Qazaxıstanda “An-2” təyyarəsi qəzaya uğrayıb

ABŞ Prezidenti seçkilərdə Kamala Harrisin namizədliyini dəstəkləyib

Bayden prezident seçkilərində iştirakdan imtina edib

Şahbuz rayonunda həyətyanı sahədə yanğın baş verib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti: Şuşa forumu son dərəcə vacib zamanda keçirilən tədbirdir

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri: Respublikada 186 vakant hakim ştatı var

İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində “Böyük Qayıdış: Qarabağ” filminin nümayişi olub

ABŞ mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib VİDEO

Mərkəzi Asiya mediası Prezident İlham Əliyevin Şuşada mediaforumdakı çıxışını geniş şəkildə işıqlandırıb

Qlobal Media Forumun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

Antalya hava limanı yeni rekorda imza atıb

Yusuf Özkır: Təlim və birgə layihə işlərini həyata keçirmək ATNA-ya üzv ölkələr üçün faydalı olar

İstanbulda meşə yanğını, Türkiyənin müvafiq qurumları səfərbər edilib

Bekzat Zhusip: Şuşanın bərpa olunduğunu görmək çox xoşdur

ŞKTC mediası Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışına geniş yer ayırıb

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi yekunlaşıb

Qubada mərhum jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi açılıb

Bülənt Ovacık: Saxta xəbərlər yayımlanan zaman onların qarşısı operativ şəkildə alınmalıdır

İtaliya mediası Azərbaycan Prezidentinin II Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən yazıb

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

MENA-nın baş redaktoru: Bizim öz baxışımızı aydınlaşdırmaq üçün Şuşa Forumu kimi tədbirlərə ciddi ehtiyacımız var VİDEO

“Reuters” və “Politico” Prezident İlham Əliyevin Şuşa media forumundakı çıxışına yer verib

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Texnologiyalar inkişaf etdikcə feyk xəbər problemi özünü ən asan və sürətli formalarda büruzə verir VİDEO

Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

Vüqar Əliyev: Türk Xəbər Agentlikləri Alyansı Türk dünyası xəbərlərinin toplandığı struktur rolunu oynamalıdır

II Şuşa Qlobal Media Forumunda dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb YENİLƏNİB

Avropa Universitet Oyunları: Azərbaycan badmintonçularından ibarət komanda Macarıstana qalib gəlib

İkinci Şuşa Qlobal Media Forumu Rumıniya və Bolqarıstan mediasının diqqət mərkəzindədir

Gürcüstanda 90 yaşdan yuxarı 12 mindən çox pensiyaçı var

Prezident İlham Əliyevin İkinci Şuşa Qlobal Media Forumundakı çıxışı mühüm mesajlarla zəngin oldu - ŞƏRH

Numan Kurtulmuş: NATO qlobal gərginliyin azaldılmasına çalışmalıdır

Ukrayna mediası Prezident İlham Əliyevin Şuşa media forumundakı çıxışını geniş işıqlandırıb

Əl-Cəzirənin şöbə müdiri: Qərb mətbuatında xəbər başlıqlarının seçimi çox qərəzlidir

Şuşa Forumunda dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmağın yolları müzakirə edilib

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının virtual təqdimatı keçirilib

Şuşa Forumu çərçivəsində “Texnologiya və dezinformasiya” mövzusunda paralel müzakirələr keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

ABŞ-ın MTP klubunun təsisçisi: Qarabağın qısa müddətdə belə inkişaf edə biləcəyini gözləmirdik

Sabahın hava proqnozu açıqlanıb

Bakıda Özbəkistan Kino Günlərinin açılışı olub

BŞDYPİ yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Valeria Giannotta: Şuşa 2021-ci ildə xarabalıq vəziyyətində idi

İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir  YENİLƏNİB

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib

Montaser Marai: Media olaraq biz narrativlərin mötəbərliyini sorğulamalıyıq VİDEO

Mixail Qusman: İnformasiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrdə rast gəlinən fenomendir VİDEO

AMEA prezidenti Xocalı şəhərində arxeoloji ekspedisiyanın işi ilə tanış olub

“TRT World” kanalının aparıcısı: Bəzi xəbər agentlikləri Azərbaycanı hədəfə almışdılar

Leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Hikmət Hacıyev: COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik VİDEO

Prezidentin köməkçisi: Düzgün məlumatın paylaşılması cəmiyyət üçün olduqca vacibdir VİDEO

Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi başa çatdırılıb

Hikmət Hacıyev: Dezinformasiya Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib VİDEO

Şəkidə avtomobil iaşə obyektinə çırpılıb, beş nəfər xəsarət alıb

BDU “Webometrics”də “Şəffaflıq” indikatoru üzrə ölkə birincisidir

Gürcüstan mediası Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını geniş işıqlandırıb

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

DİN: İtkin düşən Şirvan sakini Bakıda tapılıb

Qvatemalada 6,2 bal gücündə zəlzələ qeydə alınıb

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Forumda iştirak edib  YENİLƏNİB - 2 VİDEO

Livanın cənubunda silsilə partlayışlar baş verib

Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir

Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

Göbələk depressiyadan qurtulmağa kömək edir

Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb

Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib

Marneulidə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib

Qırğızıstan informasiya agentliyi Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışından yazıb

Gürcüstan və Avstriya parlamentariləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Naxçıvanda gömrük sahəsində yüksək nailiyyətlər üçün ticarətin asanlaşdırılması imkanları nəzərdən keçirilib

Türkiyə mediası Prezident İlham Əliyevin Şuşa media forumundakı çıxışını geniş işıqlandırıb

Əməkdar artist Fuad İbrahimov haqqında “Euronews” telekanalında süjet yayımlanıb

“Kazinform”: AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə COP29-un əhəmiyyətini qeyd edib

İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

Fransada parçalanmış parlament koalisiya hökumətinin qurulması prosesinə başlayır

Azərbaycan klubu Qubada keçirilən beynəlxalq basketbol turnirində mübarizəni dayandırıb

MN: “Birləşdik - 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Şanxayda Qədim Misir eksponatları sərgisinə rekord sayda ziyarətçi gəlib

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Azərbaycan Prezidenti: Biz gözəl bilirik ki, ən çox karbon tullantıları istehsal edən böyük ölkələr hansılardır

Prezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun

Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var

Prezident İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Prezident: Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim