AVTOMOBİL TIXACLARININ QARŞISINI ALMAQ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Bakı şəhər DYPİ-nin yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, yol ayrıclarında, piyada zolaqları üstündə, işıqforların altında saxlanılan avtomobillər evakuasiya maşınının köməyi ilə ərazidən çıxarılır. Artıq Bülbül, Azadlıq prospektlərində, Rəşid Behbudov, Füzuli, Nizami, S.Vurğun, Bakıxanov küçələrində mövcud qaydaları pozan avtomobillər cərimə meydançalarına evakuasiya edilmişdir. Mütəmadi keçiriləcək kampaniyanın məqsədi şəhər daxilində tıxacların qarşısının alınmasıdır.