Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avtomobil və dəmir yolları strukturunun yenilənməsi hərəkətin təhlükəsizliyinə müsbət təsir göstərir

Avtomobil və dəmir yolları strukturunun yenilənməsi hərəkətin təhlükəsizliyinə müsbət təsir göstərir

Bakı, 17 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Son illər ölkənin avtomobil və dəmir yolları strukturu əhəmiyyətli dərəcədə yenilənib. Müasir avtomobil yolları, yol qurğuları, əsaslı təmir edilən dəmir yolları, yeni vaqonlar sərnişin və yükdaşımaya, hərəkətin təhlükəsizliyinə müsbət təsirini göstərməkdədir. Nəqliyyat Nazirliyinin Nəqliyyatda təhlükəsizlik şöbəsinin müdiri Kazım Şərifov AZƏRTAC-ın müxbirinə bu sahədəki mövcud vəziyyət haqqında məlumat verib.

Həyata keçirilmiş tədbirlər nəticəsində yol-nəqliyyat hadisələrinin sayının ümumən azaldığını bildirən K.Şərifov qeydə alınan statistik rəqəmləri açıqlayıb:

- 2014-cü ilin 10 ayında 1025,5 kilometr avtomobil yolu tikilib, yenidən qurulub və ya təmir edilib, 35 yeni körpü, 6 tunel, 15 piyada keçidi inşa olunub. Bu yollardan 288,6 kilometri respublika əhəmiyyətli, 681,9 kilometri yerli əhəmiyyətli, 55 kilometri isə Bakı şəhəri ərazisindəki yollardır. Nəqliyyat Nazirliyinin xidmət etdiyi avtomobil yollarının yenidən qurulan hissələrində 836 yol nişanı, 10 min 665 siqnal dirəyi, 38 min 974 poqonmetr əyrixətli tirlər quraşdırılıb, 2267366 kvadratmetr yolun xətlənməsi və 267861 kvadratmetr yol elementlərinin rənglənməsi işləri görülüb. Bu və digər tədbirlər nəticəsində bu ilin 10 ayında avtobus və yük avtomobilləri ilə bağlı baş vermiş yol-nəqliyyat hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. Belə ki, 10 ayda qəza nəticəsində ölənlərin sayı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz, yaralananların sayı isə 7,9 faiz azalıb.

Dəmir yolunda da hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilmiş konkret tədbirlər də müsbət nəticə verməkdədir. “Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən dəmir yollarının əsaslı təmir işləri davam etdirilir. Təmir işləri aparılmış sahələrdə sərnişin qatarlarının sürətinin ilkin mərhələdə saatda 100 kilometrə, növbəti mərhələdə isə 140 kilometrə çatdırılması nəzərdə tutulur. Lakin dəmir yolu keçidlərinin çox olması və bir-birinə yaxın məsafədə yerləşməsi qatarların yüksək sürətlə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi baxımından bir çox problemlər yaradır.

Bu səbəbdən Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu üzərindəki bəzi qorunmayan keçidlərin ləğv edilməsinə başlanılıb. Həmsöhbətim indiyədək Heybət-Puta, Puta-Qaradağ, Qaradağ-Səngəçal, Qarabucaq-Müsüslü, Ucar-Əlikənd, Ləki-Malay, Malay-Yevlax, Mingəçevir Baş Goran, Kürəkçay-Dəliməmmədli, Şəmkir-Dəllər, Zəyəm-Qovlar, Qovlar-Tovuz, Poylu-Ağstafa və digər mənzillərdə belə keçidlərin ləğv edildiyini bildirib.

K.Şərifov qeyd edib ki, hərəkətin təhlükəsizliyində dəmir yolunun texniki qurğu və avadanlıqlarının sazlığı, səmərəli istismarı da böyük rol oynayır. “Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2011-ci ildə 40 kilometrdən çox, 2012-ci ildə 130 kilometrdən çox, 2013-cü ildə 147 kilometr, 2014-cü ilin 10 ayında isə 51 kilometr yol əsaslı təmir olunub. Stansiyaların ərazilərində bu ilin 10 ayında 81 dəst yoldəyişən qurğunun metal hissələri və 29 dəst çevirici tirlər dəyişdirilib və 52,1 kilometr yolda calaqsız rels qoyulub.

Lokomotiv parkının gücləndirilməsi üçün də lazımi addımlar atılıb. Bu dövrdə 5 ədəd ВЛ-8 və ВЛ-11 seriyalı elektrovoz, 3 ədəd manevr teplovozu cari təmir olunub, 1 ədəd 2TE10M teplovozu Ukraynanın Poltava teplovoz təmiri zavodunda əsaslı təmir edilərək respublikaya gətirilib. Hazırda 4 ədəd ТЭМ-2 seriyalı manevr teplovozu Latviyanın Dauqavpilis lokomotiv təmiri zavodunda əsaslı təmirdədir.

Sərnişin vaqon parkının texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə istismar müddəti başa çatmış 10 sərnişin vaqonu əsaslı təmir üçün “Dnepropetrovsk vaqon təmir-quraşdırma” ASC-yə göndərilib. On ayda Bakı vaqon deposunda 78 vaqon depo təmirindən, 17 vaqon əsaslı, 645 vaqon isə cari təmirdən keçib. Yük vaqon parkı üzrə də inventar parka məxsus 19990 vaqon cari və əsaslı təmir olunub.

Şöbə müdiri bildirib ki, görülmüş tədbirlərə baxmayaraq, bəzi hallarda sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində dəmir yolu keçidlərində qəzalar da baş verir. 2014-cü ilin 10 ayında dəmir yolu keçidlərində 31 toqquşma hadisəsi qeydə alınıb, 4 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH