Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 7 aprel, AZƏRTAC
Qaraçuxur qəsəbəsi ərazisində “Ford” markalı bir avtomobildən 1600 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Qurbanov Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hyundai” markalı avtomobildən içərisində pul, bank kartları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Əliyev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]