Ayaz Hüseynov: hemofiliyalı xəstələr COVID-19-a görə risk qrupuna aid deyillər
Bakı, 16 aprel, AZƏRTAC
Beynəlxalq təcrübəyə görə, hemofiliyalı xəstələr COVID-19-a görə risk qrupuna aid deyillər. Çünki hemofiliyada qanın duruluğu müşahidə olunur. COVID-19-da isə qanın laxtalanması simptomu da var. Hemofiliyadan əziyyət çəkənlərin risk qrupuna aid olmamaları onların xəstələnməməyi və ya yoluxacaqları halda ciddi problem yaşamayacaqları anlamına gəlmir. Sağlam insan yoluxduğu halda ciddi problem yaşaya biləcəyi kimi hemofiliyalı xəstələrdə də eyni vəziyyət müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Hemofiliya Günü ərəfəsində “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzinin "Facebook" səhifəsində onlayn formatda yayımlanan mətbuat konfransında Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının (HXRA) sədri Ayaz Hüseynov bildirib: "Sadəcə olaraq xüsusi bir risk yoxdur. İndiyə qədər pasiyentlər arasında yoluxanlar olsa da ağırlaşma müşahidə olunmayıb. Onlar xəstəliyi sağlam insanlarda müşahidə olunan simptomlarla keçirirlər".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]