Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aygün Attar Yekaterinburqdakı hadisə barədə: Rusiya dövlətinin əli ilə törədilib

Aygün Attar Yekaterinburqdakı hadisə barədə: Rusiya dövlətinin əli ilə törədilib

İstanbul, 29 iyun, Günel Karatepe, AZƏRTAC

“Yekaterinburqda Rusiya OMON-u tərəfindən törədilmiş məlum hadisə mənə pantürkizm, panislamizm adı altında bu günə qədər aqibəti bəlli olmayan ziyalılarımızın yox edilməsini xatırlatdı. Biz bununla sənədlərdə gördüyümüz o ağrı-acı dolu hadislərin canlı şahidi olduq. Təkcə soydaşlarımıza deyil, yaxın keçmişdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan türklərinə, ümumiyyətlə türk millətinə qarşı törədilən bu cinayətləri və onun arxasında duranları lənətləyirəm. Bu gün Rusiya vaxtilə “xalqlar həbsxanası” kimi tanınan sovet siyasətini davam etdirmək istəyir”.

Bu fikirləri AZƏRTAC-a acıqlamasında Türkiyə-Azərbaycan Həmrəylik Vəqfinin rəhbəri, professor Aygün Attar ifadə edib.

İyunun 27-də yaşadıqları mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən qəddarlıqla qətlə yetirilən həmvətənlərimizə rəhmət, çox ağır vəziyyətdə olan yaralılarımıza şəfa diləyən professor sözlərinə belə davam edib: “Dövlətin əli ilə törədilən, Stalin dövrünü xatırladan və heç bir hüquqi zəmini olmayan bu hadisəyə hansı tərəfdən baxsaq haqq qazandırmaq mümkün deyil. Bütün bunlar təsadüf də deyil. Çünki, Rusiya, “sözdə” və “əməldə” terminlərinə görə desək, dəyişkən siyasət nümayiş etdirir. Onların dedikləri ilə əməlləri tamamilə bir-birinə ziddir. İrandakı son hadisələr zamanı vətəndaşlarının Azərbaycan üzərindən təhlükəsiz və rahat şəkildə keçidlərinə göstərdiyi dəstəyə görə Putinin etdiyi təşəkkür hələ yenidir, necə deyərlər hələ “soyumayıb”. Sovet dövründə doğulub-böyüyən bir insan olaraq Rusiya və buna bağlı olaraq Putin hakimiyyətinin siyasətini çox gözəl bilirəm. Yəni, dövlətin icazəsi olmadan OMON adlanan qurumun bunu etməsi mümkün deyil”.

Bu hadisənin təsadüf olmadığını qeyd edən Aygün Attar deyib: “Hadisələrə ardıcıllıqla baxsaq, əvvəlcə Azərbaycan təyyarəsinə qarşı “qəza” adı ilə bir cinayət törədildi. Azərbaycan Prezidenti İlham Əliyev çox açıq bir şəkildə bu cinayəti törədənlərin cəzalandırılmasını, Rusiyanın rəsmi şəkildə üzr istəməsini tələb etdi. Lakin bu, fərqli “donlar geyindirilərək” zamanın axarına buraxıldı. Sonra, bir neçə ay əvvəl Azərbaycanın informasiya resurslarına qarşı təxribat, kiberhücumlar törədildi və bu da cəzasız qaldı. Azərbaycanda “Rus Evi” adı altında qurulan qurumun kəşfiyyat servisinin bir qolu olaraq fəaliyyət göstərdiyi sübut edildi. Bunu etiraf etmək məcburiyyəti qarşısında qalan Rusiya rəsmisi lazımi tədbirlərin görüləcəyini dedi, lakin, yenə davamı gəlmədi. Bir digər hadisə isə yaxın keçmişdə Həştərxanda keçirilən tədbirə dəvət olunmuş Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmamasıdır. Son hadisə də bütün bunların fonunda yaşandı. Bu gün Rusiyanın, necə deyərlər, iqtisadiyyatının onurğa sütunu olan azərbaycanlı iş adamları bu ölkəyə güvənərək orada fəaliyyət göstərirlər. Rusiyanın rəsmi rəqəmlərinə əsasən, hazırda üç milyondan artıq azərbaycanlı bu ölkədə yaşayır. Törədilən sadaladığım bu və bunun kimi bir çox hadisədə Rus Pravoslav kilsəsinin qızışdırıcı rolunu xüsusi vurğulamaq lazımdır”.

Professor, Rusiyanın bu gün qardaşı hesab etdiyi, dili, dini eyni, slavyan Ukrayna xalqına qarşı yürütdüyü qəddar siyasətə baxdıqda son baş verənlərin təəccübləndirici olmadığını vurğulayıb: “Rusiya indi uzun illər, SSRİ dövründə müstəqilliyi əlindən alınan xalqların ailələrinə qarşı törədilən cinayətləri davam etdirmək istəyir. Lakin bu, mümkün deyil. Çünki şovinizmin bu gün Rusiyanı və onun dövlət başçısını hansı vəziyyətə gətirdiyini görürük. Fikrimcə bu, “qara” vicdanın davamıdır. Bəli, yanvar ayını Azərbaycanlılar üçün “qara yanvar”a çevirən qara vicdanın. Hələ 35 il əvvəl Rusiya qoşunları Azərbaycana, Bakının mərkəzinə girərək milli müstəqilliyi uğrunda mübarizə aparan azərbaycanlıların üzərindən tanklarla keçdilər. Bu hadisənin şahidləri hələ sağdırlar. Burada Xocalı soyqırımını törədənlərin arxasında kimlərin dayandığını da unutmamalıyıq. Bu gün şahid olduqlarımız sovet ideologiyasının davamıdır. Haradan baxsaq Rusiyanın vaxtilə sovetlərin hakimiyyəti altındakı türkdilli dövlətlərə qarşı amansız münasibətini görmək olar. Burada bir gecə, anidən min cür işgəncələrlə yurd-yuvasında qovulan, insanlıqdan kənar rəftarla qatarlara doldurularaq Vətənlərindən qovulan Krım türklərini, Qərbi azərbaycanlıları, etnik təmizləməyə məruz qalan çeçen xalqını da unutmamalıyıq. Məsələyə geniş aspektdən baxsaq, bu gün rus alimlərinin də etiraf etdiyi kimi, Rusiyanın harasına baxsaq bir türk mədəniyyəti ilə qarşılaşarıq və Rusiyanın muxtariyyət adı altında müstəqilliklərinə əl qoyduğu türksoylu çoxsaylı xalqlar var”.

“Hazırda bizim gözlədiyimiz Rusiyanın nəyə sığınaraq, nə açıqlama verəcəyidir. Burada Azərbaycandakı rus icmasını da unutmaq olmaz. Şəxsən mən bu icmanın da törədilən hadisəni qınamasını gözləyirəm. Çünki Azərbaycan çoxmillətli, tolerant bir ölkədir və bizim ölkəmizdə müxtəlif xalqların nümayəndələri çox rahat, firavan yaşayırlar. Azərbaycan onların hər birinə qarşı olduqca anlayışlı bir siyasət yürüdür ki, bu da dünya üçün bir nümunədir. Belə bir xalqın nümayəndəsi olaraq mənim üçün Yekaterinburqda Rusiya OMON-u tərəfindən törədilmiş bu hadisə bir hüquqi məsələ deyil, bəşəri cinayətdir” - deyə, professor bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Rəşad Nəbiyev: Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb

Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur