“Ayntraxt” tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək
Bakı, 19 may, AZƏRTAC
“Ayntraxt” futbol klubu tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Almaniya klubu Avropa Liqasının finalında “Reyncers”ə qalib gəlib - əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 5:4. Nəticədə komanda növbəti mövsüm Çempionlar Liqasında oynamaq hüququ qazanıb. Bu, "Ayntraxt"ın tarixində ilk olacaq.
Qeyd edək ki, "Ayntraxt" Avropa Çempionlar Kubokunda çıxış edib və hətta 1959/1960-cı il mövsümündə "Real"a böyük hesabla uduzduğu (3:7) finala yüksəlib. O vaxtdan bəri klub 1992/1993-cü il mövsümündən adını Çempionlar Liqası alan turnirə çıxa bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]