Ayşən Abduləzimova: Avropa çempionatında əsas məqsədimiz medal qazanmaqdır
Bakı, 26 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Almaniya yığması, eləcə də Macarıstan və Polşa komandaları üzərində qələbə bizim üçün gözlənilən idi. Çünki üç ay ərzində gərgin məşqlər edir, çox ciddi hazırlaşırdıq. Avropa çempionatının qrup mərhələsinin axırıncı oyunlarında maksimum nəticə göstərdik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində qadın voleybolçular arasında Almaniya yığması ilə matçdan sonra Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova deyib.
O bildirib ki, millimizin yarışdığı qrupda çox güclü rəqiblər olub. Lakin Azərbaycan yığması heç də zəif rəqib deyil. Digər komandalar bizim voleybolçulara qarşı matçlara fərqli və daha ciddi hazırlaşır.
Dövlətimizin başçısına və azərbaycanlı azarkeşlərə böyük dəstəyə görə təşəkkürünü bildirən voleybolçumuz qeyd edib ki, komandanı çox maraqlı oyunlar gözləyir. “Avropa çempionatında əsas məqsədimiz medal qazanmaqdır”, - deyə A.Abduləzimova vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]