Azad edilmiş ərazilərimizdə qoşunların mühəndis təminatı üzrə tədbirlər icra olunur
Bakı, 24 dekabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda, əkin sahələri də minalardan təmizlənir. Artıq ilk əkin işlərinə başlanıb.
Bundan əlavə partlamamış mərmilərin, minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.