AZEL ŞİRKƏTİ YENİ “XƏTTİ-MATRİSA” PRİNTERLƏR TƏQDİM EDİR
“Hyatt Regency – Naxçıvan” mehmanxanasında keçirilən mərasimdə, həmçinin şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirmək məqsədi ilə müqavilə imzalanmışdır. AZEL-in prezidenti İqor Yakovenko çıxış edərək “Printronix” şirkətləri ilə əməkdaşlığın əhəmiyyətindən və təqdim olunan yeni texnologiyanın səmərəsindən danışmışdır. “LAZER” və adi çap texnologiyalarının istehsalı və satışında “Printronix” şirkətinin dünya bazarında önəmli (60 faiz) yer tutduğunu bildirən natiq demişdir ki, təqdim olunan yeni printerlər başqalarından, əsasən, qənaətcilliyinə görə fərqlənir. Belə ki, bu printerlərin ehtiyat hissələri ucuz olmaqla bərabər, həm də olduqca davamlıdır. Printerlərin mürəkkəb sistemi isə uzunömürlülüyü ilə bu texnologiyanın səmərəliliyini daha da artırır.
Mərasimdə iştirak edənlər əsasən, bir dəqiqədə 2400 sətr dərc etmək imkanında olan P5000 Xətti-Matrisa printerinə maraq göstərmişlər. Sürətli çap işlərinin görülməsində, eləcə də kodlu sənədlərin işlənməsində çox sərfəli olan bu texnikanın bankların, neft şirkətlərinin, eləcə də iri sənaye müəssisələrin işi üçün alternativi yoxdur.
Axırda iştirakçıların sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]